Azərbaycana Avropa ölkələrindən mal almaq daha ucuz başa gələcək
Xəbər verdiyimiz kimi, bugünlərdə FED təxminən 30 ilin ən aqressiv faiz artımını açıqladı.
Federal Ehtiyatlar Sistemi (FED) uçot dərəcəsini 75 baza bəndi artıraraq 1,50-1,75 faiz aralığına çatdırdı. Maraqlıdır ki, faiz artımı dolların milli valyutamıza qarşı məzənnəsinə necə təsir edəcək?
Bu sualla bağlı SİTAT.İNFO- ya açıqlama verən iqtisadçı ekspert Əkrəm Həsənov bildirdi ki, Amerikada və dünyada qiymət artımı, inflyasiya prosesi davam etdiyinə görə faiz dərəcəsi artırılıb: “Azərbaycanda da Mərkəzi Bank inflyasiya ilə mübarizə aparmaq üçün faiz dərəcəsini qaldırıb. Amma ABŞ-da faiz dərəcəsinin real təsiri var. Kredit bahalaşır, qiymət artımının qarşısını almaq üçün banklardan az kredit alınacaq”.
Qeyd etdi ki, FED-in faiz dərəcəsinin qalxması dolların digər valyutalara nisbətdə bahalaşacağı deməkdir:” Çünki bazarda dollar həcmi azalıb, faiz dərəcəsi artıb. Digər valyutaların dollara nisbətdə ucuzlaşmasının bizim valyuta üçün mənfi təsiri yoxdur. Çünki neftin qiyməti də baha olaraq qalacaq. Dollar ehtiyatımız artır və Azərbaycan manatını faktiki, qeyri-rəsmi olaraq ABŞ-ın dollarına bağlayıblar. Milli valyuta avroya və digər valyutalara nisbətdə bahalaşacaq, nəticədə Azərbaycana Avropa ölkələrindən mal almaq daha ucuz başa gələcək”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Qusar icra hakimiyyəti bayraqlara 12 min xərcləyir
Müəllimlərin maaşı 35% artacaq: 31 min nəfər faydalanacaq
Şirkət rəhbəri şəhid anasına borcunu ödəmədi?
Yeni Ay üç bürcə maliyyə uğuru gətirir
Xırdalanda daş sexinə görə 2 500 manat cərimə
Hindistanda bank soyğunçusu bibər tozuyla yaxalandı
Müəllimlərin maaşı 35 faiz artır!