Azərbaycana 26 sm-ə qədər qar yağıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində yanvarın 26-sı gündüzdən 27-si səhərədək hava şəraiti qeyri-sabit keçib, yağış, sulu qar, qar yağıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, bəzi yerlərdə intensiv olub.
Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 3-18, Böyük Qafqazda 1-7, Qazax-Gəncə zonasında 1-6, Mərkəzi-Aran rayonlarında 1-20, Naxçıvan MR-da 4-5, Kiçik Qafqazda 4-5, Lənkəran-Astara zonasında 7-26 mm olub. Qar örtüyünün hündürlüyü Rvarudda 26, Lerikdə 20, Şahdağ, Yardımlıda 19, Sarıbaş, Kəlvəzdə 12, Altıağac, Kişçayda 10, Oğuz, Şamaxıda 6, Qırızda 5, Qəbələ, İsmayıllı, Mərəzədə 4, Gədəbəy, Ağdərə, Qusarda 3, Göygöl, Quba, Xaltanda 2, Şərur, Şəki, Xınalıqda 1 sm təşkil edib. Duman Daşkəsən, Göygöl, Balakən, Qəbələ, Şəki, Qusar, Sarıbaş, Kişçayda müşahidə olunub, görünüş 200-500 metrədək məhdudlaşıb.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib