15.11.2021 - 14:48
Ölkə
16 baxış
Azərbaycana 26 milyon manatlıq heroin keçirmək istədilər (VİDEO)
Cənub Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları, ümumi çəkisi 218 kq 334 qram olan narkotik vasitənin gömrük nəzarətindən gizlədilərək keçirilməsi cəhdinin qarşısını alıblar.Bununla bağlı Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Belə ki, Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına “maye sabunlar və uşaq bezi” yükü gətirən “Scania” markalı yük avtomobili saxlanılıb və gömrük nəzarətinə cəlb edilib.
Yük nəqliyyat vasitəsi rentgen qurğusundan keçirilən zaman avtomobilin dartıcısının sol və sağ tərəfində eyni ölçülü yanacaq çənlərinin hər ikisinin içərisində şübhəli cizgilər müşahidə olunub.
Bundan sonra “Scania” markalı yük avtomobili ətraflı yoxlanılarkən çənlərin hər ikisinin içərisinin sonradan kustar üsulla metal lövhə ilə üç hissəyə bölündüyü məlum olub. Yoxlama məqsədi ilə yanacaq çənləri köməkçi alətlər vasitəsi ilə sökülüb. Baxış zamanı üç hissəyə bölünmüş sol çənin sağ hissəsindəki xüsusi saxlanc yerindən 48 ədəd, dartıcının sağ tərəfində olan yanacaq çəninin içərisindəki xüsusi saxlanc yerindən isə 157 ədəd olmaqla, ümumilikdə 205 ədəd təqribən eyni ölçülü və düzbucaqlı formalı bağlamalar aşkarlanıb. Həmin bağlamalar açılıb və içərisində preslənmiş halda, açıq-qəhvəyi rəngli, ümumi çəkisi 218 kq 334 qram narkotik vasitə – heroin olduğu müəyyən edilib.
Qeyd edək ki, aşkar edilən heroinin Avropanın qara bazarında dəyəri 26 milyon manat təşkil edir.
https://youtu.be/GBZA-Xuxygc
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
U-21 millisinin heyətində sürpriz ad: Axundzadə!
19.09.2026 - 14:22
Azərbaycanlı dizayner Çində qızıl medal qazandı
19.09.2026 - 14:15
AZAL Mərkəzi Asiya və MDB-nin ən yaxşısı seçildi
19.09.2026 - 13:33
Professor Nadir Məmmədli: Türkoloji elmin öncüsü
19.09.2026 - 12:51
Dağlıq rayonlarda leysan və dolu təhlükəsi!
19.09.2026 - 12:37
Azərbaycan XİN-dən Kitts və Nevisə təbrik mesajı
19.09.2026 - 12:16
Bakıda 5 avtobusun marşrutu dəyişdirildi!
19.09.2026 - 12:09
Bakıda I Türk Dünyası Bəstəkarları Qurultayı başladı
19.09.2026 - 11:48