20.09.2021 - 16:15
Siyasət
21 baxış
Azərbaycan XİN Rusiyaya başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyada Perm Universitetində baş vermiş insidentlə bağlı bu ölkəyə başsağlığı verib.
“MİNVAL.İNFO” xəbər verir ki, bu barədə məlumatı Azərbaycan XİN öz rəsmi tvitter hesabında yazıb.
“Perm Dövlət Universitetinə hücum nəticəsində həlak olanların ailələrinə və yaxınlarına, Rusiya xalqına dərin hüznlə başsağlığımızı çatdırır, yaralıların tez bir zamanda sağalmasını diləyirik”, – deyə məlumatda vurğulanıb.
Qeyd edək ki, bu gün səhər saatlarında Perm Dövlət Universitetində silahlı insident yaşanıb. Nəticədə, 8 nəfər həlak olub, 28 nəfər yaralanıb.
Terror aktı universitetin 18 yaşlı tələbəsi Timur Bekmansurov tərəfindən törədilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kreml: 300 min nəfər səfərbər edilməyəcək
19.09.2026 - 10:24
Venesuela qızılını Londondan Nyu-Yorka köçürür!
19.09.2026 - 09:21
Kral Çarlz texnologiya nəhəngləri ilə gizli görüşdü
18.09.2026 - 20:38
Paşinyan rus bazasını çıxarmaq istəyir: İrəvanda gərginlik
18.09.2026 - 19:14
Paşinyanın maaşı 80% artdı!
18.09.2026 - 16:26
Fermerlərə dəstək: Bürokratiya əngəllərinə son!
18.09.2026 - 15:30
Ermənistanda TRİPP layihəsi geniş müzakirə edildi
18.09.2026 - 11:11
Gürcüstan DTK-nın yeni rəhbəri: Tamaz Boraşvili
18.09.2026 - 09:33