Azərbaycan XİN başçısı: "Ermənistan əldə olunmuş razılaşmaları pozur"
“Məqsədimiz məcburi köçkünlərin azad edilmiş ərazilərə qayıtması üçün şərait yaratmaqdır. İndi orada heç nə yoxdur, hər şey məhv edilib. Bu ərazilərin sözün əsl mənasında minalarla “zəhərlənmiş” olması hər şeyi qəlizləşdirir”.
“Report” xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Litvalı həmkarı Qabrielius Landsbergis ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
Nazir bildirib ki, çağırışlara baxmayaraq, Ermənistan minalanmış ərazilərin xəritəsini verməkdən imtina edir və bununla da əldə olunmuş razılaşmaları pozur.
“Litvalı həmkarıma keçən ilin noyabrın 10-dan bəri 22 nəfərin mina partlaması nəticəsində öldüyü barədə məlumat verdim. Dünya ictimaiyyəti də buna diqqət yetirməlidir”, – C.Bayramov vurğulayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Poroşenko: Ukrayna MDB çərçivəsində imzalanmış müqavilələrdən çıxacaq
Prezident şəhid ailələrinə 20 milyon manat ayırıb
Putinlə Makron Qarabağı müzakirə etdi
“Gərək həmin gün maşına oturub işə gedərdim” - Elmar Məmmədyarov