Azərbaycan və Türkiyə təyyarələri əməliyyat uçuşlarını yerinə yetirib - FOTO/VİDEO

“TurAz Şahini-2021” birgə taktiki-uçuş təlimlərinin planına əsasən Azərbaycanın və Türkiyə Respublikasının döyüş təyyarələri əməliyyat uçuşları yerinə yetirib.
Müdafiə Nazirliyindən Minval.info-ya verilən məlumata görə, təlimlərdə hər iki ölkənin Hərbi Hava Qüvvələrinin iştirakı ilə birgə əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyətin və fərqli xüsusiyyətlərə malik döyüş təyyarələri arasında rabitə əlaqəsinin uzlaşdırılması imkanları öyrənilir.
Eyni zamanda, havadan zərbələr endirməklə şərti düşmənin hava hücumundan müdafiə vasitələri və hərbi təyinatlı strateji obyektlərinin məhv edilməsi, o cümlədən yaxın hava döyüşü və digər tapşırıqlar müvəffəqiyyətlə icra olunur.
Təlimlər sentyabrın 17-dək davam edəcək.
https://youtu.be/A7GjRZwvAHk
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kreml: 300 min nəfər səfərbər edilməyəcək
Venesuela qızılını Londondan Nyu-Yorka köçürür!
Kral Çarlz texnologiya nəhəngləri ilə gizli görüşdü
Paşinyan rus bazasını çıxarmaq istəyir: İrəvanda gərginlik
Paşinyanın maaşı 80% artdı!
Fermerlərə dəstək: Bürokratiya əngəllərinə son!
Ermənistanda TRİPP layihəsi geniş müzakirə edildi