Azərbaycan vətəndaşları Türkiyədə nə qədər ev alıb?

Azərbaycan vətəndaşları bu ilin yanvar-avqust aylarında Türkiyədə 858, təkcə avqustda isə 138 mənzil alıb.
Qonşu ölkənin Statistika İdarəsinin xəbərinə görə, bu, ötən ilin eyni dövrləri ilə müqayisədə müvafiq olaraq 22,6 % çox və 10,4 % azdır.
8 ay ərzində Türkiyədə xarici vətəndaşlara 31 242, ötən ay isə 5 932 mənzil satılıb. Bunlar isə 1 il əvvələ nisbətən müvafiq olaraq 47,9 % və 50,9 % çoxdur.
Avqustda Türkiyədə ən çox mənzil alanlar İran vətəndaşları olub. Onlara ötən ay 911, yanvar-avqust aylarında isə 4 600 mənzil satılıb.
Növbəti yerdə İraq vətəndaşları qərarlaşıb. Bu ölkədən olanlar ötən ay Türkiyədə 900, yanvar-avqust aylarında isə 4 631 mənzil alıb.
İlk 3-lüyü Rusiya vətəndaşları tamamlayıb. Bu ölkənin vətəndaşları Türkiyədə avqustda 451, yanvar-avqust aylarında isə 2 575 mənzilə sahib olub.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Dünya bazarlarında neft ucuzlaşmaqda davam edir
Azərbaycanda 360 adda mal və xidmət bahalaşıb
Azərbaycana uşaqlar üçün yeni vaksinlər gətiriləcək
Azərbaycan neftinin bu günə olan QİYMƏTİ
ABŞ dollarının məzənnəsinin artması qızılı ucuzlaşdırıb
Dolların sabahkı məzənnəsi açıqlandı
Nazir: "Vətəndaşın iş yeri “kölgə”də olduqda onun əmək hüquqları qorunmur"