Azərbaycan və Rusiya XİN başçıları Qarabağla bağlı razılaşmanın həyata keçirilməsini müzakirə edib
Bu gün Azərbaycan və Rusiya xarici işlər nazirləri Ceyhun Bayramov və Sergey Lavrov arasında telefon danışığı baş tutub.
“Report” Rusiya Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, söhbət zamanı XİN başçıları ikitərəfli münasibətlərin aktual məsələlərini, regional və beynəlxalq gündəmlə bağlı müzakirə aparıblar.
Nazirlər koronavirus pandemiyasının mənfi təsirlərinə baxmayaraq, çoxşaxəli Rusiya-Azərbaycan münasibətlərinin uğurla inkişaf etdiyini və qarşılıqlı ticarət-iqtisadi əlaqələrin artdığını məmnunluqla qeyd ediblər.
Ceyhun Bayramov və Sergey Lavrov Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli razılaşmalarının, xüsusilə Dağlıq Qarabağda humanitar problemlərin həllinə dair razılaşmaların həyata keçirilməsinə toxunublar.
“Rusiya, Azərbaycan və Ermənistan baş nazir müavinlərinin ortaq sədrliyi ilə Üçtərəfli İşçi Qrupunun bölgənin münaqişədən sonrakı inkişafına verdiyi mühüm töhfə vurğulanıb”, – Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti bildirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kreml: 300 min nəfər səfərbər edilməyəcək
Venesuela qızılını Londondan Nyu-Yorka köçürür!
Kral Çarlz texnologiya nəhəngləri ilə gizli görüşdü
Paşinyan rus bazasını çıxarmaq istəyir: İrəvanda gərginlik
Paşinyanın maaşı 80% artdı!
Fermerlərə dəstək: Bürokratiya əngəllərinə son!
Ermənistanda TRİPP layihəsi geniş müzakirə edildi