Azərbaycan və İran avtomobillərin sinxron buraxılmasını müzakirə edib
Azərbaycan və İran avtomobillərin keçid məntəqələrindən sinxron buraxılması məsələsini müzakirə edib.
Minval.info xəbər verir ki, bu müzakirələr İranın Biləsuvar şəhərində Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırov və İranın iqtisadiyyat və maliyyə nazirinin müavini, Gömrük Administrasiyasının rəhbəri Forod Asqarinin rəhbərlik etdiyi nümayəndə heyətləri arasında baş tutub.
Müzakirələr zamanı operativlik və gələcək əməkdaşlığın əlaqələndirilməsi mövzularında fikir mübadiləsi aparılıb. Tranzit prosedurlarının, o cümlədən, Azərbaycandan İran ərazisi ilə Naxçıvan Muxtar Respublikasına və əks istiqamətdə yük nəqliyyat vasitələrinin sürətli keçidi üçün hərəkət intensivliyinin artırılması məsələləri müzakirə edilib və müvafiq istiqamətlər müəyyən olunub. Görüşün sonunda protokol imzalanıb.
Görüşdən sonra Azərbaycan nümayəndə heyəti İranın Biləsuvar gömrük postunun fəaliyyəti ilə tanış olub, İran nümayəndə heyəti isə Azərbaycandakı Biləsuvar dövlət sərhədindən buraxılış məntəqəsini ziyarət edib.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Uzun yaşamaq istəyənlərə xəbərdarlıq: bu iki üsula inanmayın
Azərbaycanda qarabağ Milli Parkı yaradılır
Ədəbiyyat üzrə Nobel mükafatının sahibi bəlli oldu
1870 tələbə ödənişsiz təhsil almaq hüququ qazandı
Yeşilçamın tanınmış aktyoru Göksel Arsoy 90 yaşında dünyasını dəyişdi
Semiramis Pekkanın oğlu Zoran Lalvani ailə həyatı qurdu
Viktoriya Bonya tənqidlərə sərt cavab verdi: "Güzgüdə özünüzə baxın!"