22.11.2018 - 20:29
Ölkə
24 baxış
Azərbaycan-Türkmənistan münasibətləri: Perspektivlər və imkanlar – Deputatlar danışır

Zahid Oruc: “Bu səfər qarşılıqlı münasibətlərin inkişafına yeni mərhələdir”
Rauf Əliyev: “Azərbaycanla Türkmənistan arasında münasibətlər yüksələn xəttlə inkişaf edəcək”
Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev Aşqabadda bir günlük rəsmi səfərdə olub. Səfər çərçivəsində Azərbaycanla Türkmənistan arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi istiqamətində hər iki dövlət başçısı arasında müzakirələr aparılıb. Eyni zamanda qarşılıqlı münasibətlərə dair bir çox sahələrdə sazişlər imzalanıb.
Azxeber.com Milli Məclisin deputatları Zahid Oruc və Ruf Əliyevdən səfərlə bağlı təəssüratlarını öyrənib.
Azxeber.com-a açıqlamasında Milli Məclisin deputatı Zahid Oruc bildirib ki, Prezidentin Türkmənistana səfəri iki ölkə arasında münasibətlərin inkişafında yeni mərhələdir:
“Bilirsiniz ki, səfər çərçivəsində bir çox mühüm sazişlər imzalanıb. Azərbaycanla Türkmənistan arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında, 2019-2021-ci illər üçün elm, təhsil, mədəniyyət və incəsənət sahəsində əməkdaşlığa dair, keçirilən mallar və nəqliyyat vasitələri haqqında ilkin məlumat mübadiləsinin təşkili barədə, eyni zamanda hər iki ölkənin Elmlər Akademiyaları arasında sənədlər imzalanıb. İmzalanma mərasimində hər iki dövlətin başçısı iştirak edib. Hesab edirəm ki, Cənab Prezident İlham Əliyevin Türkmənistana səfəri iki ölkə arasında münasibətlərin inkişafı istiqamətində açılan yeni pəncərədir”.
Milli Məclisin deputatı Rauf Əliyev də səfərin mühüm əhəmiyyət daşıdığını bildirir:
“Cənab Prezident İlham Əliyevin Türkmənistana səfəri, səfər çərçivəsində əməkdaşlığa dair birgə sazişlərin bağlanması, bu sazişlərin elm, təhsil, mədəniyyət, iqtisadiyyat, ticarət, nəqliyyat və digər sahələri əhatə etməsi hər iki dövlətin gələcək münasibətlərin inkişafına maraqlı olduğunu göstərir. Hesab edirəm ki, bu səfər dövlətlərimiz arasında münasibətlərin gələcəyinə böyük inam yaradır. Olduqca səmimi və işgüzar şəkildə aparılan müzakirələr zamanı səslənən fikirlər əminliklə deməyə əsas verir ki, Azərbaycanla Türkmənistan arasında münasibətlər yüksələn xəttlə inkişaf edəcək”.
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
U-21 millisinin heyətində sürpriz ad: Axundzadə!
19.09.2026 - 14:22
Azərbaycanlı dizayner Çində qızıl medal qazandı
19.09.2026 - 14:15
AZAL Mərkəzi Asiya və MDB-nin ən yaxşısı seçildi
19.09.2026 - 13:33
Professor Nadir Məmmədli: Türkoloji elmin öncüsü
19.09.2026 - 12:51
Dağlıq rayonlarda leysan və dolu təhlükəsi!
19.09.2026 - 12:37
Azərbaycan XİN-dən Kitts və Nevisə təbrik mesajı
19.09.2026 - 12:16
Bakıda 5 avtobusun marşrutu dəyişdirildi!
19.09.2026 - 12:09
Bakıda I Türk Dünyası Bəstəkarları Qurultayı başladı
19.09.2026 - 11:48