"Azərbaycan siyasi sistemindən adamlar özləri istefa verməlidir" - Siyavuş Novruzov
“Azərbaycanda elə partiyalar var ki, 1990-cı illərdən qeydiyyata alınıb. Halbuki nə partiya işləyir, nə bir tədbir keçirir, nə siyasi prosesdə iştirak edir. Siyasi sistem yenidən formalaşdırılmalıdır”.
Minval.info xəbər verir ki, bu sözləri Modern.az-a müsahibəsində Milli Məclisin Regional məsələlər komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov deyib.
Deputat bildirib ki, yeni nəsil gəlməlidir:
“Bu gün-sabah mən də gedəcəm, yerimə yeni bir adam gəlməlidir. Siyasət dünyası da eyni şeydir. Artıq Azərbaycan siyasi sistemindən adamlar özləri istefa verməlidir. Yeni partiyaların qeydiyyata alınması müsbət haldır”.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
AfD Almaniyada seçkilərdə tarixi zəfər qazandı
Üç övladlı ailələrə 420 manat müjdə!
Paşinyan: Baş nazir olduğum günə lənət olsun
Mariya Zaxarovanın mahnısı dinləyicilərlə görüşdü
Merts Almaniyada etirazçıların hədəfində: "Rədd ol!" şüarı
Meloni İtaliyada yeni siyasi rekord qırdı