Azərbaycan səfiri Qırğız Respublikasının Prezidenti ilə vida görüşü keçirib

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycanın bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Hidayət Orucovu diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
Minval.info xəbər verir ki, bu barədə dövlət başçısının Mətbuat Xidməti məlumat yayıb.
S.Japarov və H.Orucov iki ölkə arasında münasibətlərin aktual məsələlərini müzakirə ediblər. Dövlət başçısı Azərbaycanın Qırğız Respublikasının mühüm tərəfdaşı olduğunu və ölkələr arasında münasibətlərin ortaq tarix, mədəniyyət, dil, mənəvi və dini dəyərlərdən irəli gələn möhkəm dostluq və qardaşlıq tellərinə əsaslandığını vurğulayıb.
Prezident S.Jafarov H.Orucova möhkəm cansağlığı və gələcək fəaliyyətində uğurlar arzulayıb, habelə salamlarını Azərbaycan Prezidenti İlham Əliyevə çatdırmağı xahiş edib.
H.Orucov dövlət başçısına minnətdarlığını bildirib və Azərbaycan Prezidenti İlham Əliyevin qardaş qırğız xalqına ən xoş arzularını çatdırıb.
Hidayət Orucov, həmçinin Qırğız Respublikası ilə Azərbaycan arasında əməkdaşlığın daha da ritmik inkişafına, dərinləşməsinə və genişlənəcəyinə əminliyini ifadə edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkiyəli müğənni eyvanına Azərbaycan bayrağı asdı
Füzuli minaya düşən polisin ayağı amputasiya edilib
Siyavuş Novruzov: “Yaşı yuxarı olan deputatlara heç kəs qadağa qoymayıb”
“Rusiya sülhməramlıları artıq BÜTÜN ƏNDAZƏLƏRİ aşıb” - ŞƏRH
"Azərbaycana hər cür dəstək verməyə hazırıq” - Bayraqdar
Kəlbəcər atəşə TUTULDU