Azərbaycan Rusiya ilə birlikdə gəmi istehsal edəcək
Azərbaycan Rusiyanın Həştərxan vilayəti ilə gəmi istehsalı sahəsində birgə layihələr hazırlayacaq.
Bu barədə Minval.info vilayət hökumətinin mətbuat xidmətinə istinadən xəbər verir.
Qeyd edilir ki, birgə layihələrin həyata keçirilməsi vilayətin qubernatoru İqor Babuşkinlə Azərbaycan nümayəndə heyəti arasında Həştərxanda baş tutan işgüzar görüşdə məlum olub.
“Turizm baxımından Böyük Pyotr kruiz laynerinə böyük ümidlər bəsləyirik. Ümid edirik ki, yaya qədər gəmi tam olaraq reydə çıxa biləcək və kruizin flaqmanı olacaq. Xəzəryanı ölkələrdən olan həmkarlar Xəzər dənizi üzərindən kruiz xətlərinin təşkilinə böyük maraq göstərirlər. Çox istərdik ki, bu istiqamət tam hüquqlu bir layihəyə çevrilsin”, – vilayətin qubernatoru İqor Babuşkin deyib.
Məlumata görə, tərəflər hazırda ikitərəfli əməkdaşlıq üzrə danışıqların aktiv mərhələsinə keçiblər.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Neftin qiyməti 107 dolları keçdi!
Müəllimlərə əlavə maaş: Sertifikatlaşdırmada yeni mərhələ
Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat: Ruslan Ənvərli şöbə müdiri oldu
Qusar icra hakimiyyəti bayraqlara 12 min xərcləyir
Müəllimlərin maaşı 35% artacaq: 31 min nəfər faydalanacaq
Şirkət rəhbəri şəhid anasına borcunu ödəmədi?
Yeni Ay üç bürcə maliyyə uğuru gətirir