Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu 2 günlük təlimlərə start verib
28 mart 2019-cu il tarixdə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) ölkənin aparıcı müəssisə və şirkət nümayəndələrinin iştirakı ilə 2 günlük təlim başlayıb.
HACCP/TAKNN (Təhlükənin Analizi və Kritik Nəzarət Nöqtəsi) çərçivəsində keçirilən təlim beynəlxalq təlimçi Nigar Mirzəzadə tərəfindən aparılır.
AQTİ-dan “Minval.info”ya verilən məlumata görə, tədbirin ilk günündə iştirakçılara HACCP qrupun yaradılması, bu prinsipin tarixi, üstünlükləri, qida təhlükəsizliyi idarəetmə sistemi, bioloji, kimyəvi və fiziki təhlükəli amillər, ən yaxşı istehsalat təcrübələri, sanitar-gigiyenik normalar, zəruri şərtlər proqramının, “məhsulun inqrediyentlərinin təsviri” sənədinin hazırlanması barədə məlumatlar verilir.
Bundan başqa, iştirakçılara qeyd olunan mövzularla bağlı qrup şəklində müxtəlif tapşırıqlar veriləcək, suallar cavablandırılacaq.
Qeyd edək ki, təlimin sonuncu günü iştirakçılara sertifikat təqdim olunacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Uşaqların yaddaşı və məntiqi düşüncəsi zəifləyə bilər
Sosial şəbəkələrdə yayılan bu sənəd saxtadır
Pensiya kapitalında dəyişikliklərə dair rəsmi açıqlama
Hamilə müəllimə ilə müqavilə bağlanmamasının səbəbi açıqlandı
Qadınlara hamiləlik və doğum müavinətində mühüm yeniliklər
Şəhid ailələrinə 20 min manat müavinət veriləcək
Sosial şəbəkələrdəki ölümcül trend: bu qarışıq təhlükə saçır

