Azərbaycan qeyri-neft məhsullarının ixracını 15% artırıb
Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanın ixracı 9,98 mlrd. ABŞ dolları təşkil edib və ötən ilin müvafiq dövrünə nisbətən 1,3 mlrd. dollar və ya 15% artıb.
“Minval.İnfo”nun məlumatına görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Strateji İnkişaf və Planlama departamentinin rəhbəri Ramil Hüseyn deyib.
Onun sözlərinə görə, bu müddətdə qeyri-neft sektoru üzrə 979 mln. dollar dəyərində ixrac reallaşdırılıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-iyun aylarında qeyri-neft sektoru üzrə ixrac 127 mln. dollar və ya 15% artıb.
R. Hüseynin sözlərinə görə, 2019-cu ilin birinci yarısında 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə Rusiyaya qeyri-neft ixracı 11%, Türkiyəyə 18%, Gürcüstana 15%, İsveçrəyə 6%, İtaliyaya isə 2,3 dəfə artıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycan Rusiyadan buğda tədarükünü 4 dəfə artırıb
AZAL 9 ayda 3,3 milyona yaxın sərnişin daşıyıb
Azərbaycan və Kamboca arasında vacib saziş imzalanacaq
Süni intellekt dünyada iş yerlərinin 40 faizinə təsir edəcək
Türkiyənin ticarət naziri Brüsselə yüksək səviyyəli danışıqlar üçün gedir
Çinli avtomobil istehsalçısı BYD Fransada zavod açmağı planlaşdırır
Pensiyalara 5,8 milyard manat vəsait yönəldildi