Azərbaycan polisi Xankəndiyə qanunsuz yük daşıyan iranlı sürücüləri saxladı

Xankəndiyə yük daşıyan iki iranlı sürücü Azərbaycan polisi tərəfindən Gorus-Qafan yolundakı postda saxlanılıb.
“Minval.info” xəbər verir ki. bu barədə erməni mətbuatı məlumat yayıb.
Məlumata görə, onlara bildirilib ki, Azərbaycan ərazisinə qanunsuz yük daşımaq qadağandır.
“Azad İran” kanalının verdiyi məlumata görə, sürücülərə İran tərəfi ilə danışmaq imkanı yaradılıb.
Məsələ barədə Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) ilə əlaqə saxladıq.
Oxu.Az-ın sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib ki, həmin sürücülər qanunsuz yollarla Azərbaycan ərazisinə daxil olublar:
“Ermənistan ərazisindən yük daşımaq məqsədi ilə qanunsuz yollarla Azərbaycan ərazisinə keçən avtomobillər Azərbaycanın aidiyyəti dövlət qurumlarının əməkdaşları tərəfindən saxlanılıblar”.
O qeyd edib ki, həmin avtomobillərin sürücüləri barəsində Azərbaycan Respublikasının qanunlarına uyğun müvafiq tədbirlər görüləcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
U-21 millisinin heyətində sürpriz ad: Axundzadə!
Azərbaycanlı dizayner Çində qızıl medal qazandı
AZAL Mərkəzi Asiya və MDB-nin ən yaxşısı seçildi
Professor Nadir Məmmədli: Türkoloji elmin öncüsü
Dağlıq rayonlarda leysan və dolu təhlükəsi!
Azərbaycan XİN-dən Kitts və Nevisə təbrik mesajı
Bakıda 5 avtobusun marşrutu dəyişdirildi!