Azərbaycan Ordusunun yeni avtomatı – FOTO

Azərbaycan Ordusu yeni avtomat modelini silahlanmaya qəbul edib.
Minval.İnfo-nun “AzeriDefence” saytına istinadən verdiyi xəbərə görə, Quru Qoşunları İsrail istehsalı TAR-21 “Tavor” avtomatından sonra atıcı silahlarının sırasına daha birini daxil edib.
Yeni avtomat iyun ayının 11-də Raket-Artilleriya Qoşunlarının hərbi hissəsinin açılışı zamanı Prezident İlham Əliyevə təqdim olunub.
AR-15 “Aztex” adlı avtomat dizayn və iş prinsipinə görə Amerikanın məşhur AR-15 hücum tüfənginin xəttinə əsaslanır. Avtomat Azərbaycan istehsalıdır və sovet 7.62×39 mm kalibrli patronlardan istifadə edir. Effektiv atış məsafəsi 1000 metrdək göstərilir.
Adıçəkilən avtomatın növbəti partiyalarının da orduya verilməsi gözlənilir.
AR-15 “Aztex” avtomatı uzunluğu tənzimlənən teleskopik qundaqla və 3 hissədə (lülə qutusunun üzəri, sağ və sol tərəfdə) pikkatini tamasaları ilə komplektləşdirilib.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
44 günlük Vətən müharibəsində pilotların rolu nə oldu?
Uzun yaşamaq istəyənlərə xəbərdarlıq: bu iki üsula inanmayın
997 hektar ərazi minalardan təmizləndi
Azərbaycanda qarabağ Milli Parkı yaradılır
Ədəbiyyat üzrə Nobel mükafatının sahibi bəlli oldu
Məkkə Sazişi bölgədə yeni təhlükəsizlik dinamikası yaradır
1870 tələbə ödənişsiz təhsil almaq hüququ qazandı