03.11.2021 - 13:32
Siyasət
22 baxış
“Azərbaycan Ordusunun ovucunun içindəyik” - Erməni bələdiyyə sədri

“Azərbaycan Ordusu ilk gündən orada məskunlaşıb. Yadınızdadırsa, Gorusda Aruş Aruşanyanın dəstəsi ilə o dağ uğrunda döyüşürdük. Amma davam etməyə imkan vermədilər”.
Minval.info xəbər verir ki, bu barədə Gorus Bələdiyyəsinin başçısı Karen Köçəryan bildirib. Onun sözlərinə görə, Azərbaycan Ordusu may ayından sonra yerləşdiyi bütün ərazilərdə möhkəmlənib:
“Onlar özlərinə bina da tikiblər. Bilmirəm, niyə biz tikinti işləri aparmırıq? Qışda oğlanlarımızı görmək üçün yolları belə təmir etmirik”.
Köçəryan deyib ki, Azərbaycan əsgəri Qaçal dağında yerləşib, bütün əraziyə nəzarət edir:
“Ermənistanda onlar kimi yollar çəkmirlər”.
Bələdiyyə sədri Ermənistan Müdafiə Nazirliyinin “sərhəddə istehkam işlərinin aparılmasına imkan vermirik” açıqlamasına cavab olaraq deyib ki, rəsmi qurumlar yalan danışır:
“Oraya yaxınlaşın və hər şeyi özünüz görəcəksiniz. Azərbaycan hərbçiləri müdafiə istehkamları tikib”.
Köçəryanın sözlərinə görə, onlar artıq həmin ərazilərdən əllərini üzüblər. O bildirib ki, hətta istəsələr belə, sərhəddəki ərazilərə erməniləri buraxmayacaqlar:
“Biz bir daha oralara gedə bilməyəcəyik. Bizi ora heç buraxmayacaqlar da. Azərbaycan Ordusu elə güclü şəkildə yerləşib ki, onları oradan çıxarmaq mümkün deyil. Biz Azərbaycan Ordusunun ovucunun içindəyik”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kreml: 300 min nəfər səfərbər edilməyəcək
19.09.2026 - 10:24
Venesuela qızılını Londondan Nyu-Yorka köçürür!
19.09.2026 - 09:21
Kral Çarlz texnologiya nəhəngləri ilə gizli görüşdü
18.09.2026 - 20:38
Paşinyan rus bazasını çıxarmaq istəyir: İrəvanda gərginlik
18.09.2026 - 19:14
Paşinyanın maaşı 80% artdı!
18.09.2026 - 16:26
Fermerlərə dəstək: Bürokratiya əngəllərinə son!
18.09.2026 - 15:30
Ermənistanda TRİPP layihəsi geniş müzakirə edildi
18.09.2026 - 11:11
Gürcüstan DTK-nın yeni rəhbəri: Tamaz Boraşvili
18.09.2026 - 09:33