12.01.2022 - 11:59
İqtisadiyyat 18 baxış

Azərbaycan neftinin qiyməti 87 dollara yaxınlaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,21 ABŞ dolları, yaxud 2,61 % artaraq 86,88 dollara çatıb.

Bu barədə Minval.info-ya neft bazarındakı mənbə məlumat verib.

Ötən gün “Brent” markalı neftin bir bareli 83,61 dollar olub.

Neftin qiyməti 107 dolları keçdi! ƏLAQƏLİ
Bunu da oxu

Neftin qiyməti 107 dolları keçdi!

14.09.2026 - 09:32

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Azərbaycanda neft əsasən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Dövlət Neft Şirkətinin (SOCAR) payı 25%-dir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: