Azərbaycan nefti ucuzlaşır
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 29-da 71,15 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,27 dollar/barel azdır.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 70,3 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,29 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 67,58 dollar/barel təşkil edib ki, bu, əvvəlki göstəricidən 1,19 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti 69,38 dollar/barel olub, bu da əvvəlki göstəricidən 1,05 dollar/barel azdır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Pandemiyaya görə zərər görmüş sahibkarlara 96 milyon manat dəstək verilib
Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 15% artıb
ADB: Azərbaycanın valyuta ehtiyatları artaraq 50 milyard dolları ötəcək
Azərbaycanda özəl baytarlıq xidməti fəaliyyətə başlayır
Azərbaycanda mənzillərin qiymətləri ucuzlaşacaq — QİYMƏT PROQNOZU
““Sahədən baha almışıq” deyib kəndlinin günahına girirlər”
Kredit və kommunal ödənişlərə güzəşt olacaqmı – iqtisadçılardan təklif