Azərbaycan nefti ucuzlaşıb
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 10-da 86,04 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,2 dollar/barel azdır.
Bu barədə Minval.info-ya ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 85,11 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,21 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 80,97 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,49 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti 84,3 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,27 dollar/barel azdır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Saxara" salonunda SMM işçisi xadimə kimi çalışdırılır!
Neft qiymətləri həftəni ucuzlaşma ilə tamamladı
Turan Tovuz və Zirə qarşılaşması: Həyəcan zirvədə!
Vergi bəyannamələrini vaxtında təqdim etməyənlərə cərimə!
İsveçrədə 23 yaşlı gənc ayda 8 min qazanır
Manatın üzən məzənnəyə keçidi: Nələr gözlənilir?
Neft bazarında qiymətlər enişdə davam edir