Azərbaycan nefti ucuzlaşıb
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyunun 17-də 63,35 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,86 dollar/barel azdır.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 62,59 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,86 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 58,37 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,87 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti 62,43 dollar/barel olub, bu da əvvəlki göstəricidən 0,67 dollar/barel azdır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Qızıl almaq istəyirsinizsə, tələsin! - Qiymətlərdə kəskin artım gözlənilir
Lirə yenidən yüksəlişə keçdi
Ucuzlaşan və bahalaşan istehlak məhsullarının SİYAHISI
Hökumətdən Aİ-92 və Aİ-95 benzinlə bağlı VACİB QƏRAR
“Brent” neftinin qiyməti minimum səviyyəyə düşüb