Azərbaycan nefti ucuzlaşdı: 'Azeri light' qiymətində son durum nədir?
Azərbaycanın ‘Azeri Light’ markalı neftinin qiyməti dünya bazarında düşüb. Neftin bir barelinin qiyməti 0,64 ABŞ dolları və ya 0,7% azalma ilə 91,04 ABŞ dollarına qədər geriləyib.
Minval.info xəbər verir ki, ‘Brent’ markalı neftin sentyabr fyuçersləri isə 85,28 ABŞ dolları səviyyəsində qərarlaşıb. Türkiyənin Ceyhan limanından FOB bazasında satılan ‘Azeri Light’ neftinin qiyməti də 0,99 ABŞ dolları və ya 1,11% azalıb və 87,89 ABŞ dolları təşkil edib.
Azərbaycanın 2026-cı il dövlət büdcəsində neftin orta satış qiyməti bir barel üçün 65 ABŞ dolları olaraq planlaşdırılıb. ‘Azeri Light’ neftinin tarixdə ən aşağı qiyməti 2020-ci ilin aprelində 15,81 ABŞ dolları, ən yüksək qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları olub. Bu neft ‘Azəri-Çıraq-Günəşli’ yataqlar blokundan hasil edilir və SOCARın layihədəki payı 35,3% təşkil edir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib