Azərbaycan neftinin minimum qiyməti 2020-ci ilin aprelin 21-də (15,81), son iki il ərzində maksimum qiyməti isə bu il iyulun 5-də (78,35) qeydə alınıb.

Minval.info xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,57 dollar artaraq 78,50 dollar təşkil edib.

Dünya birjalarında neft qiymətləri bahalaşır

London birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,16 dollar artaraq 77,41 dollar, Nyu-York birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,02 dollar bahalaşaraq 73,32 dollar olub.

Qeyd edək ki, Azərbaycan neftinin minimum qiyməti 2020-ci ilin aprelin 21-də (15,81), son iki il ərzində maksimum qiyməti isə bu il iyulun 5-də (78,35) qeydə alınıb.

Energetika naziri Pərviz Şahbazov Rusiyanın “Нефтегазовая вертикаль” jurnalına verdiyi müsahibəsində deyib ki, Azərbaycan OPEC+ ölkələri arasında konsensus əldə etmək üçün gələcəkdə də məsləhətləşmə prosesində fəal iştirak etməyi planlaşdırır.

“Hesab edirəm ki, OPEC+ formatında verilən qərarların və atılan addımların düzgünlüyü şübhə doğurmur. Azərbaycan dünya neft bazarını sabitləşdirmək üçün tədbirləri dəstəkləyir, fəal iştirakçıdır və OPEC+ ölkələri arasında konsensus əldə etmək üçün gələcəkdə də məsləhətləşmə prosesində aktiv iştirak etməyi planlaşdırır”, – deyə nazir vurğulayıb.