Azərbaycan milli komandası açıq məşqə çıxıb - Fotolar
Avro-2020-nın seçmə mərhələsi çərçivəsində ötən gün milli komandamızın açıq məşqi və mətbuat konfransı keçirilib.
Minval.info xəbər verir ki,Baş məşqçi Nikola Yurçeviç və futbolçu Qara Qarayev media nümayəndələri qarşısına çıxıb.
Nikola Yurçeviç bunları qeyd edib ki, sabahkı görüş olduqca vacibdir: “3 həftədir, birlikdəyik ab-hava yaxşıdır, sabah yaxşı nəticə qazanmaq üçün meydana çıxacağıq”.
Bu gün saat 20:00-da, “Bakcell Arena”da Azərbaycan və Macarıstan milli komandaları qarşılaşacaq.
Qeyd edək ki, 8000-ə yaxın bilet satılıb. Niderlanddan olan hakimlər briqadasının idarə edəcəyi oyundan əvvəl 1990-2007-ci illərdə UEFA-nın prezidenti olmuş Lennart Yohanssonun vəfatı ilə əlaqədar bir dəqiqəlik sükut elan olunacaq.
Bu gün saat 20:00: Azərbaycan – Macarıstan
Baş hakim: Kevin Blom
Baş hakimin köməkçiləri: Bas van Dongen, Johan Balder
Dördüncü hakim: Serdar Gözübüyük
Görüş CBC Sport kanalı ilə canlı yayımlanacaq
Müəllif: Ağa Dadaşzadə
Fotolar:Mircəlal Yaqubov
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Danimarka da pley-offda
Qarabağ Kukesi-nin müqavimətini qıra bilmədi
Prezident onları mükafatlandırdı
Özil: "Bir gün Türkiyədə..."
Azərbaycanlı blogger "Neftçi"nin sayəsində 2 milyon qazandı - FOTO
Ramil Şeydayevə Avropadan rəsmi təklif
Bu gün Çempionlar Liqası var






