Azərbaycan MDB-də birinci yeri tutdu
Dünya İqtisadi Forumunun yeni dərc olunan “Qlobal Rəqabətlilik Hesabatı”na əsasən Azərbaycan yolların keyfiyyəti indeksinə əsasən 34-cü yerdə qərarlaşmaqla postsovet məkanında lider ölkə olub.
Minval.info Azərtac-a istinadən xəbər verir ki, bu indeks üzrə ölkəmizin mövqeyi ötən illə müqayisədə iki pillə yüksəlib.
Yol şəbəkəsinin yenidən qurulmasının məntiqi nəticəsidir ki, “Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycan yolların keyfiyyəti indeksinə görə bir sıra Avropa dövlətlərini, o cümlədən Litva, Estoniya, Sloveniya, Norveç, İrlandiya, Belçika, İtaliya və digər ölkələri geridə qoymaqla əhəmiyyətli irəliləyiş əldə edib.
“Qlobal Rəqabətlilik Hesabatı”na əsasən dünyada yolların keyfiyyəti indeksinə görə ilk beşlikdə Sinqapur, İsveçrə, Niderland, Honkonq və Portuqaliya qərarlaşıb.
Məlumat üçün qeyd edək ki, builki hesabata əsasən yolların keyfiyyəti indeksinə əsasən Türkiyə 33-cü, Azərbaycan 34-cü, Avstraliya isə 35-ci yerləri tuturlar.
Beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilən yol infrastrukturu dövlət başçısının daim diqqət mərkəzində olmaqla, Azərbaycanda beynəlxalq standartlara cavab verən yolların tikintisi, habelə istər paytaxt Bakıda, istərsə də bölgələrdə müasir yolların salınması, ümumilikdə, ölkə əhalisinin təhlükəsizliyini və rahatlığını təmin edir, regionların sosial-iqtisadi inkişafına xidmət edir.


Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bürclər - 29 mart
Hava küləkli olacaq - PROQNOZ
Bürclər - 1 may
Tanınmış azərbaycanlı diplomat vəfat etdi
Bakı-Tbilisi sərnişin qatarı ilə bağlı iddialara rəsmi münasibət
Bu gün Şuşada “Xarı bülbül” festivalı BAŞLAYIR