Azərbaycan məhsulları "Amazon" və "eBay"da satılacaq
İlk xəbər saat 10:35-də verilib
Azərbaycanda istehsal olunan məhsullar ABŞ-ın məşhur elektron ticarət platformaları olan “Amazon” və “eBay”da satışa çıxarılacaq.
“Report” xəbər verir ki, satışlar İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Azexport” portalı vasitəsilə həyata keçiriləcək.
İlkin mərhələdə yerli istehsal olan rəsm, musiqi, ədəbiyyat və sənətkarlıq işləri kimi mədəniyyət sənayesi məhsulları, həmçinin, bəzi qida məhsulları “Amazon” və “eBay”a inteqrasiya olunub. Məhsullar alıcılara “Made in Azerbaijan” brendi ilə təqdim ediləcək. Bu, platformalarda satış proseslərinə ciddi nəzarət və yüksək keyfiyyət tələblərinin mövcud olması ilə əlaqədardır. Bundan əvvəl isə “Azexport” həmin platformalarda hər bir istehsalçı üçün fərdi satıcı hesabının yaradılması xidməti təqdim edib.
Satışların əsasən ABŞ, Böyük Britaniya, Avropa və MDB ölkələri, Yaponiya, Cənubi Koreya, Çin, Honkonq, Tayvan, Sinqapur və İsrailə həyata keçirilməsi nəzərdə tutulub. Layihə çərçivəsində dövlət təşkilatlarının dəstəyi ilə kiçik və orta biznes subyektlərinin ərsəyə gətirdiyi məhsullar da “Amazon” və “eBay”a inteqrasiya edilə bilər.
Xatırladaq ki, 2021-ci ilin yanvar ayından fəaliyyət göstərən “Azexport” portalının missiyası Azərbaycan mənşəli mallar haqqında məlumatların təqdim edilməsi, onların daxili və xarici bazarlarda satışıdır. Portal 15 beynəlxalq elektron ticarət platformasına inteqrasiya olunub, fəaliyyətdə olduğu 5 il ərzində isə 145 ölkədən 2,72 milyard ABŞ dolları dəyərində sifariş qəbul edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycan neftinin qiyməti 77 dolları ötüb
Neft yenidən bahalaşıb
Azərbaycanın dövlət büdcəsində 560 mln manat qalıq yaranıb
Səudiyyə Ərəbistanının dövlət büdcəsinin kəsiri 50 milyard dollara çatıb
Azərbaycan neftinin qiyməti dəyişdi
Azərbaycan kərə yağının idxalına çəkdiyi xərci 7%-ə yaxın azaldıb