Azərbaycan kinosunun yarasa ustası: Ayaz salayevin 66 illik sənət yolu
Bu gün Azərbaycanın tanınmış rejissor və kinoşünası, Əməkdar incəsənət xadimi Ayaz Salayevin 66-cı doğum günüdür. O, 1960-cı ilin avqustun 1-də Bakıda dünyaya gəlib.
Minval.info xəbər verir ki, Ayaz Salayev 1977-1982-ci illərdə Moskvanın Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda Kinoşünaslıq fakültəsində təhsil alıb. O, 1983-1985-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasında və “Azərbaycanfilm”də redaktor kimi fəaliyyət göstərib.
1986-1988-ci illərdə ÜDKİ-nin aspiranturasında təhsilini davam etdirən Salayev, burada “müasir film” fənnindən dərs deyib. 1995-ci ildə çəkdiyi “Yarasa” filmi müxtəlif beynəlxalq festivallarda iştirak edərək, Fransanın Anje şəhərində keçirilən Avropa kinosu festivalında Qran-pri və digər mükafatlara layiq görülüb.
Sovet dövründə AzTV-də yayımlanan məşhur “Retro” verilişinin aparıcısı kimi tanınan Ayaz Salayev, özünəməxsus nitqi və intonasiyası ilə geniş populyarlıq qazanıb. O, bu verilişin onun həyatında əhəmiyyətli rol oynadığını və ölkəyə bağlılığını artırdığını vurğulayıb.
Ayaz Salayev, Azərbaycan kino sənətinə verdiyi töhfələrə görə 18 dekabr 2000-ci ildə Əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb. O, müxtəlif təhsil müəssisələrində kino tarixindən dərs demiş və “İnternyus-Azərbaycan”da rejissor kimi fəaliyyət göstərərək bir sıra sənədli filmlər və sosial roliklər hazırlamışdır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakının tarixi binalarında icazəsiz dəyişikliklər aşkarlanıb
Payız Azərbaycana sentyabrın 23-də gəlir
Pay torpaqları məcburi alınmayacaq - Rəsmi açıqlama
AZAL Braziliya təyyarələri ilə donanmasını genişləndirir
Azərbaycanın sağlamlıq turizmi Qazaxıstanda tanıdıldı
Ülkər Nuridən atasına duyğusal ad günü mesajı
Taksi sürücülərinin profilləri niyə bloklanır?