Azərbaycan estradasının gizli bəstəkarı: Nazirin mahnıları dillər əzbəri olur
Məşhur mahnıların arxasında nazir imzasının olduğunu bilirdinizmi? “Səndən nigaranam”, “Xatirədir”, “Nə yaxşı, sən varsan” kimi sevilən mahnıların musiqisinin müəllifi Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərovdur.
Minval.info xəbər verir ki, Kəmaləddin Heydərov musiqi sahəsində “Kamal” təxəllüsü ilə tanınır və illərdir Azərbaycan estradasında sevilən bir çox mahnının bəstəkarıdır. Onun əsərləri arasında “Səndən nigaranam”, “Sən elə bir zirvəsən”, “Nə yaxşı, sən varsan”, “Xatirədir”, “Əlacım”, “İlahi”, “Sənə güvəndiyim dağlar”, “Bağışlaram səni”, “Mənim 17 yaşım…”, “Sevəcəyəm”, “Gecdi daha”, “Gəlsən də, gəlməsən də…”, “Ayrılığa dözərəm mən” və digər məşhur mahnılar yer alır.
Bu mahnılar Flora Kərimova, Alim Qasımov, İlhamə Quliyeva, Aygün Kazımova, Ağadadaş Ağayev, Zülfiyyə Xanbabayeva, İlqar Muradov, Aygün Bəylər, Röya Ayxan və digər tanınmış ifaçılar tərəfindən ifa edilib. Maraqlıdır ki, “Kamal”ın bəstələdiyi mahnıların sözlərinin müəllifi şair Baba Vəziroğludur. Şairin sözlərinə görə, Kəmaləddin Heydərovla yaradıcılıq əməkdaşlığı 40 ildən artıqdır davam edir və bəstələrin ifaçılarını da nazir özü seçir.
2009-cu ildə “Kamal” imzası ilə bəstələnmiş əsərlərdən ibarət “Sənə güvəndiyim dağlar” adlı dörd diskdən ibarət musiqi albomu işıq üzü görüb. Kəmaləddin Heydərov müsahibələrinin birində bildirib ki, musiqi onun hobbisidir və uzun illərdir ki, mahnılarının müəllifi kimi “Kamal” təxəllüsünü istifadə edir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Taksi sürücülərinin profilləri niyə bloklanır?
Azərbaycanda 32 xəstəxanada böyük təmir başlanır
Emal sənayesində işçi tələbatı artdı!
Bayramov yeni İsveç səfiri ilə görüşdü
Bakıda 32 marşrutun hərəkət sxemi dəyişir
Ayılar kəndlərə hücum edir: Nazirlik tədbir görür
Bakı metrosunda M7 ekspres marşrutu işə düşür