Azərbaycan boksçusu erməni rəqibinə qalib gəlib
Rusiyada kişi boksçular arasında “Sankt-Peterburq qubernatorunun kuboku”nda 1/4 final mərhələsi başa çatıb.
Minval.info-nun məlumatına görə, 10-cu dəfə keçirilən ənənəvi beynəlxalq turnirdə Məhəmməd Abdullayevin (+91 kq) ardınca Azərbaycan millisinin daha 2 idmançısı adını yarımfinala yazdırıb.
Belə ki, 52 kq çəki dərəcəsində qüvvəsini sınayan Məsud Yusifzadə rusiyalı Bair Batlayevlə qarşılaşıb. Döyüş təmsilçimizin 5:0 (29:28, 29:28, 29:28, 30:27, 30:27) hesablı qələbəsi ilə yekunlaşıb.
Rahil Məmmədli (91 kq) də 1/4 finalda çıxışını qalib kimi bitirib. O, ermənistanlı boksçu Henrik Sarkisyana heç bir şans verməyərək, layiqli qələbə qazanıb – 4:1 (28:27, 29:26, 29:26, 27:28, 29:26).
Beləliklə, hər 3 boksçumuz yarımfinala vəsiqə əldə etməklə, özləri üçün bürünc medalı da təmin ediblər.
Onlardan fərqli, Kamran Şahsuvarlı (75 kq) rusiyalı Aleksey Semikinə, Rauf Rəhimov (81 kq) özbəkistanlı Kozimbek Mardonova məğlub olub.
Qeyd edək ki, yarışda 15 ölkə yığması mübarizə aparır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ronaldo cəzalandırılmasına belə reaksiya verdi
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı