Azərbaycan bayrağını öpən gənc həbs edildi
Güneyli fəal Camal Musəvinejad həbs edilib.
Minval.İnfo axar.az-a istinadən xəbər verir ki, İran İslam Respublikası əleyhinə təbliğat aparmaqda günahlandırılan güneyli milli fəal Şərqi Azərbaycan ostanının Apellyasiya Məhkəməsinin qərarı ilə bir il həbs cəzasına məhkum olunub.
C.Musəvinejada qarşı ittihamlar arasında millətçilik, Azərbaycan Respublikasının bayrağını öpmək və ona ehtiram göstərmək, milli düşüncələrə malik olmaq, 1945-ci il hadisələrini dəstəkləmək, Seyid Cəfər Pişəvəriyə ehtiram, sosial şəbəkələrdə milli zəmində fəaliyyət göstərmək və s. var.
Qeyd edək ki, məhkəmə Camal Musəvinejadın sosial mediadakı fəaliyyətlərinə və şəxsi kompüterində saxlanılan materiallarına, o cümlədən, Azərbaycan bayrağını öpərkən çəkilən bir fotosuna əsaslanaraq həbs qərarı çıxarıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Şaban geri qayıdır: Ali Sunal ata yolunda
11 sentyabrın gizli şahidi: Holli Ratçford ortaya çıxdı
İran yeraltı raket istehsalına başladı!
Ece Erken oğlunun təhsili üçün Dubaya köçür
Dollar sabit, avro və lirə ucuzlaşdı
Qızıl və gümüş qiymətləri yenidən enir
Sepah Hörmüzdə ABŞ pilotsuz gəmisini vurdu