Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında həlledici rol oynayır - Ekspert

Azərbaycan kritik əhəmiyyət daşıyan neft və qaz ehtiyatlarını tədarük etməklə təkcə regionda deyil, həm də Avropa İttifaqının cənubunda enerji təhlükəsizliyinin təmin olunmasında həlledici rol oynayır.
Minval.info xəbər verir ki, bunu Trend-ə “Naval Postgratuade School”un (ABŞ) əməkdaşı, ekspert Arnold Düpüi deyib.
O bildirib ki, dünyanın digə hissələrində də Azərbaycanın neft və qazına böyük tələbat mövcuddur: “Azərbaycan, əlbəttə ki, Xəzər regionunda və Mərkəzi Asiyada enerji təhlükəsizlitynin təmin olunmasında böyük rol oynayır”.
Qeyd edək ki, sentyabrın 6-dan 10-dək ADA Universiteti nəzdindəki Aİ məsələləri üzrə bilik mərkəzi NATO-nun enerji təhlükəsizliyi sahəsində qabaqcıl təcrübə mərkəzi, Ali Hərbi Dəniz Məktəbi, BP Azərbaycan və Azərbaycan Dövlət Neft Şirkəti ilə birgə “Qafqaz-2021” Regional enerji təhlükəsizliyi üzrə genişləndirilmiş simpozium keçirəcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Paşinyan Putinlə qazın qiymətini müzakirə edəcək
"Bəziləri deyirlər ki, Azərbaycan yeddi rayonu azad edib" - İlham Əliyev
Siyavuş Novruzovun test cavabı çıxdı - “Kimsə bu virusdan sığortalanmayıb”
“Artıq onların pensiya vaxtıdır” - Prezident