Azərbaycanda ana azyaşlı uşağı ilə maşının yük yerində yaşayır - Ürəkparçalayan görüntülər... (FOTOLAR)
Ana azyaşlı körpəsi ilə birgə acınacaqlı vəziyyət yaşayır.
Minval.info xəbər verir ki, onlar Bilgəh qəsəbəsində, Bağlar massivi adlanan ərazidə çöllük bir sahədə, maşının yük yerində məskunlaşıblar. Anqelina Sergeyevna xəsətəlikdən əziyyət çəkən azyaşlı qızı Esfir Zubanenko ilə birgə burada qalırlar.
Bu barədə Gənc Xeyriyyəçilər İctimai Birliyini sədri Bamizər Aytən minval.info-ya məlumat verib.
Aytən xanım bildirib ki, Anqelinanın kimsəsi yoxdur, yalnız Gədəbəy rayonunda yaşayan xalası var, lakin onları qəbul etmir: “Hazırda Sergeyevna tək-tənhadır, nənə rəhmətə gedəndən sonra onlara baxan yoxdur. Ana oğlu ilə birgə 4 bir tərəfi dəmir olan maşının yük yerində yaşayırlar. Özüm orada olmuşam, təsəvvür edin, qaldıqları yer o qədər soyuqdur ki, yaşamaq qeyri-mümkündür. O qədər acınacaqlı vəziyyətdə yaşayırlar…”
Birliyin sədrinin sözlərinə görə, Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən onlara iki otaqlı ev verilib: “Lakin həmin mənzildə işlər tamamlanmayıb. Kanalizasiya sistemi yoxdur, hamam-tualetinin yalnız daşı hörülüb, evin işığında problem var. Yəni “Azərişıq” ASC-yə ödəniş edilməlidir, daha sonra elektrik enerjisi verilməlidir”.
A.Bamizər söyləyib ki, təşkilat onlardan xəbər tutmamışdan əvvəl daha da çətin vəziyyətdə olublar: “8-9 ay ətin dadını bilməyiblər. Mağazadan köhnə, quru çörək alıb suda islatdıqdan sonra uşağa verirdi. 70 manat sosial müavinət alırdı, onu da güclə nəyəsə çatdırırdı. Bilmirdi işığın pulun versin, ya yemək alsın, yaxud da uşağı müalicə etsin”.
Aytən xanım deyib ki, 5 yaşlı Esfir qan dövranının prozulmasından əziyyət çəkir: “İndi biz onun müalicəsi üçün çalışırıq. İndiki şəraitdə yaşamağa davam etsələr, Esfirin vəziyyəti pisləşəcək. Onların həm maddi cəhətdən köməyə ehtiyacları var, həm də bu ailəyə verilən evin işlərinin tamamlanması üçün tikinti materialları lazımdır”.
Qeyd edək ki, ailəyə yardım etmək istəyənlər (051) 805 86 77 nömrəsi ilə əlaqə saxlaya bilərlər.
Samir Mirzə
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Uşaqların yaddaşı və məntiqi düşüncəsi zəifləyə bilər
Sosial şəbəkələrdə yayılan bu sənəd saxtadır
Pensiya kapitalında dəyişikliklərə dair rəsmi açıqlama
Hamilə müəllimə ilə müqavilə bağlanmamasının səbəbi açıqlandı
Qadınlara hamiləlik və doğum müavinətində mühüm yeniliklər
Şəhid ailələrinə 20 min manat müavinət veriləcək
Sosial şəbəkələrdəki ölümcül trend: bu qarışıq təhlükə saçır







