Azərbayanda bu qız bələdiyyə seçkilərində qalib gəldi — FOTO
“Minval.info” xəbər verir ki, V. Nağı dekabrın 23-də keçirilən bələdiyyə seçkilərində səsvermədə 113 səs toplayaraq 61 saylı Neftçala seçki dairəsinin Xol Qaraqaşlı bələdiyyəsinin üzvlərindən biri olub.
Həmin bələdiyyə üzrə ən çox səsi Əlibala Səlimov (304), ən az səsi isə Elnur Səfərov (45) toplayıb.
Qeyd edək ki, Vəfa Nağı Neftçalanın Xol Qaraqaşlı kəndində doğulub. Lakin illər əvvəl təhsil, daha sonra da iş səbəbindən kənddən ayrılıb. Geri qayıdanda kənddə gördüyü mənzərə onda qadınların həm pul qazana, həm sosiallaşa biləcəyi iş yeri açmaq haqqında ideya yaradıb. Yazdığı layihə müsabiqədə birinci olub və 7 ay müddətində davam edəcək bu layihəyə əsasən o, doğulduğu kənddə “mələfə” adlı kiçik tikiş sexi açıb. Hazırda 6 qadın həmin tikiş sexində çalışır. Fəaliyyətə başladığı ilk günlərdən kənddə yaşayan qadınların əksəriyyəti tərəfindən maraqla qarşılanıb. Qadınlar əsasən də iş üçün müraciət ediblər.
ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe




Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda
