Azər Həsrət rusdillilərdən üzr istədi
“Facebook”da rusdilli uşaqların içkiyə meyilli olduğunu və əyləncə məkanlarına da məhz onların daha çox getdiyini yazmaqla rusdilli ictimaiyyəti qəzəbləndirən jurnalist Azər Həsrət üzr istəyib.
“Minval.info” xəbər verir ki, A.Həsrətin bu yanaşmasına ciddi etiraz edən 1News.az saytının baş redaktoru Rəhman Hacı onu İTV-nin “Diqqət mərkəzi”ndə proqramında debata çağırıb.
Debat zamanı R.Hacı opponentindən rusdillələrdən üzr istəməyi tələb edib.
ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
Azər Həsrət statusunda rusdilliləri pozğun adlandırmaq niyyətinin olmadığını, lakin statusunu belə qəbul edən hər kəsdən, eləcə də Rəhman Hacıdan üzr istəyib.
O, fikirlərinin ətraflı ifadə etmədiyi səbəbindən düzgün anlaşılmadığını bildirib:
“Mən statusumu redaktə etmək istədim, lakin bir anda kopyalanıb paylaşıldı. Bundan sonra redaktə etmək mənasız idi. Bir daha təkrar edirəm, mən rusdillilərə pozğun deməmişəm və heç vaxt bunu etmərəm”.
Azər Həsrətin qalmaqala səbəb olan statusunu təqdim edirik: “Bilirdinizmi? Bakıda klublarda-əyləncə məkanlarında daha çox gözə dəyən uşaqlar bir qayda olaraq rus məktəblərində oxuyanlardır. Açığı, elə yerlərə yolum düşmədiyi üçün bunu şəxsən təsdiq edə bilmirəm. Digər tərəfdən, içməyə və çəkməyə meyilli olan da daha çox rus məktəblərinin şagirdləridir. Əlavə olaraq, siz heç 700 bal toplayan rus məktəbi məzununa rast gəldinizmi? Mən gəlmədim. Bilən varsa, lütfən, paylaşsın, bizim də bilgimiz olsun”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda