Ayna şəhərlərarası marşrutların qaliblərini elan etdi: Sərnişinlər üçün yeni dövr başlayır!
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA), Bakı-Sınıq Körpü, Bakı-Şəki, Bakı-Qusar, Bakı-Xudat, Bərdə-Göyçay, Samux-Gəncə şəhərlərarası və Ziyadlı kəndi (Samux) – Gəncə (dəmiryol vağzalı) istiqamətindəki avtobus marşrutları üzrə keçirilən müsabiqələrin qaliblərini elan edib.
Minval.info xəbər verir ki, bu marşrutlar üzrə “Kaspian Ekspress” və “Xan Sarayı” MMC-lər Bakı-Sınıq Körpü, “Xan Sarayı” MMC Bakı-Şəki, “Aliosman Ağasoy” MMC Bakı-Qusar, “Uğurlu Yol” MMC Bakı-Xudat, Bayramov Şəhriyar Hidayət oğlu Bərdə-Göyçay, “Kamil Avtonəqliyyat” MMC isə Samux-Gəncə və Ziyadlı kəndi-Gəncə marşrutları üzrə qalib gəliblər.
Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna və Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli qərarına əsasən təşkil olunub. Bu prosesin məqsədi sərnişindaşıma xidmətlərinin keyfiyyətini, təhlükəsizliyini və rahatlığını artırmaq, eyni zamanda marşrutların təhkim edilməsində şəffaflığı təmin etməkdir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib