“Ayaks”, “Seltik” və başqaları... - “Qarabağ”ın potensial rəqibləri
Avqustun 5-i UEFA-nın Nyondakı qərargahında Çempionlar Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçiriləcək.
Bakı vaxtı ilə saat 14.00-da başlanacaq püşkatmada ÇL-in üçüncü təsnifat mərhələsinin APOEL – “Qarabağ” cütünün qalibinin rəqibi də müəyyənləşəcək.
Öncədən məlumat verildiyi kimi, bu cütlük səpələnməmişlər səbətində yer alacaq və rəqibi səpələnmişlər səbətindəki aşağıdakı cütlüklərdən birinin qalibi olacaq:
PAOK (Yunanıstan) – “Ayaks” (Hollandiya)
ÇFR (Rumıniya) – “Seltik” (Şotlandiya)
“Srvena zvezda” (Serbiya) – “Kopenhagen” (Danimarka)
“Dinamo” (Xorvatiya) – “Ferensvaroş” (Macarıstan)
APOEL – “Qarabağ” cütünün məğlubu isə mübarizəni Avropa Liqasının pley-off mərhələsində davam etdirəcək. Bu zaman həmin komanda səpələnmişlər səbətində yer alacaq. Rəqib isə səpələnməmişlər səbətində yer alan, Avroliqanın üçüncü mərhələsindəki bu cütlüklərdən birinin qalibi olacaq:
“Sutyeska” (Çernoqoriya) – “Linfild” (Şimali İrlandiya)
“Ludoqorets” (Bolqarıstan) – TNS (Uels)
“Sarayevo” (Bosniya və Herseqovina) – BATE (Belarus)
“Astana” (Qazaxıstan) – “Valletta” (Malta)
“Slovan” (Slovakiya) – “Dandolk” (İrlandiya)
qafqazinfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Siti” ilə bağlı yeni xəbər: O qədər xalı silinə bilər ki…
“Qızıl top” mərasiminin aparıcıları bəlli oldu
Ronaldo cəzalandırılmasına belə reaksiya verdi
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi