Ayətullah Xamənei: “Amerikalılar 2019-cu ildə İranı qarışdıra bilər”
“Ola bilsin ki, ABŞ ölkə daxilində qarşıdurma yaratamaq üçün plan hazılayıb”.
“Report” “Anadolu”ya istinadən xəbər verir ki, bunu İranın ali rəhbəri, ayətullah Seyid Əli Xamənei İran-İraq müharibəsi və Suriyadakı silahlı toqquşmalarda ölmüş hərbçilərin ailə üzvləri ilə görüşdəki müraciətində bildirib.
Onun sözlərinə görə, son iki il ərzində ABŞ İrana yönəlik təzyiqlərini artırıb: “ABŞ iqtisadi sanksiyalar və təhlükəsizlik problemləri ilə İranda bölücülüyə yol açaraq ölkəmizin daxilində qarşıdurma yaratmağı planlaşdırır”.
Ağ evin mətbuatda bu ilin əvvəlində “İran rejimi 40-cı ildönümünü görməyəcək. Bu yay İranda çox isti keçəcək” ifadələrinə cavab olaraq ayətullah Xamənei deyib: “Ötən ilin yayı ən əmin-aman yaylardan biri oldu. İran xalqı hazır olmalıdır. Amerikalılar hiylə də işlədə bilərlər. 2018-ci il deyib 2019-cu ildə aranı qarşıdıra bilərlər”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kreml: 300 min nəfər səfərbər edilməyəcək
Venesuela qızılını Londondan Nyu-Yorka köçürür!
Kral Çarlz texnologiya nəhəngləri ilə gizli görüşdü
Paşinyan rus bazasını çıxarmaq istəyir: İrəvanda gərginlik
Paşinyanın maaşı 80% artdı!
Fermerlərə dəstək: Bürokratiya əngəllərinə son!
Ermənistanda TRİPP layihəsi geniş müzakirə edildi