Axrayınlaşsaq, yenidən sərt karantinə qayıda bilərik - AÇIQLAMA
Son aylar Azərbaycanda COVID-19 infeksiyasına yoluxma sayında ciddi azalma və ümumi epidemioloji vəziyyətin müsbətə doğru dəyişməsi bir sıra mühüm yumşalmalara getməyə imkan verdi. Lakin bu yumşalmalar bizi arxayınlaşdırmamalıdır, çünki arxayınlaşıb qaydalara riayət etməsək, yenidən sərt karantinə qayıda bilərik.
“Minval.info” xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.
A.Həsənova qeyd edib ki, əldə edilən bu müsbət nəticə dövlət tərəfindən həyata keçirilən effektiv tədbirlərin nəticəsidir: “Xüsusilə də 2021-ci ilin əvvəlindən ölkəmizdə vaksinasiyanın tətbiq edilməsi virusun azalmasına səbəb oldu. Azərbaycan dünyanın aparıcı ölkələri ilə eyni vaxtda vaksinasiyaya başladı.
Bu gün ölkəmizə artıq 4 növdə vaksin gətirilib ki, bu dövlətimizin apardığı uğurlu işin nəticəsidir. İndiyə qədər ölkəmizdə ümumu vaksin olanların sayı 3 milyondan artıqdır və onlardan bir milyondan artığı vaksinin hər iki dozasını qəbul edib. Ümumilikə, əhalimizin 30 faizdən bir qədər artığı vaksinasiyadan keçib. Lakin məlumdur ki, virusa qalib gəlmək üçün cəmiyyətin ən azı 70 faizi vaksinasiya olunmalıdır. Bu baxımdan, insanlarımız vaksinasiya prosesində daha aktiv iştirak edərək lazım olan nəticənin əldə olunmasına köməklik göstərməlidirlər”.
Deputat vurğulayıb ki, ölkəmizdə epidemioloji vəziyyətin stabilləşməsi və yumşalmalara gedilməsi heç bir halda insanları arxayınlaşdırmamalıdır: “Virusun azalması, karantin rejiminin yumşaldılması virus təhlükəsinin aradan qalxması anlamına gəlməməlidir. Hər kəs qaydalara ciddi şəkildə riayət etməkdə davam etməlidir, çünki təhlükə hələ qalmaqdadır. Xüsusilə də nəzərə almalıyıq ki, insan həyatı üçün daha çox təhlükə kəsb edən Hindistan ştammının 90-dan artıq növü müəyyən edilib.
Bu ştammın Rusiyada, digər region ölkələrində geniş yayılması əlavə məhdudlaşdırıcı tədbirlərin tətbiq edilməsinə səbəb olub. Gündəlik 5-6 yoluxma halı qeydə alınan İsraildə bir gün ərzində bu rəqəm 125-ə yüksəlib. İnsanların Hindistam ştammı ilə yolduxduğu barədə məlumatlar var. Bu baxımdan insanlarımız qaydalara daha ciddi riayət etməli, vaksinasiya prosesində daha fəal iştirak etməlidirlər. Əks-təqdirdə, virusun yenidən yayılması baş verə və məhdudiyyətlərin tətbiq olunması məcburiyyəti yarana bilər”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
U-21 millisinin heyətində sürpriz ad: Axundzadə!
Azərbaycanlı dizayner Çində qızıl medal qazandı
AZAL Mərkəzi Asiya və MDB-nin ən yaxşısı seçildi
Professor Nadir Məmmədli: Türkoloji elmin öncüsü
Dağlıq rayonlarda leysan və dolu təhlükəsi!
Azərbaycan XİN-dən Kitts və Nevisə təbrik mesajı
Bakıda 5 avtobusun marşrutu dəyişdirildi!