AXCP sədrinin müşaviri azadlığa buraxılıb
Bu gün Bakı Apellyasiya Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müşaviri Məmməd İbrahimin şikayətinə baxılıb.
Oxu.Az xəbər verir ki, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, M.İbrahimin həbs cəzası 1 ay 10 gün azaldılıb. Cəzanın qalan hissəsi M.İbrahimin cəza çəkdiyi günlə əvəzlənib. Cəzasının çox hissəsini çəkdiyi üçün məhkəmə onun azadlığa buraxılması haqqında qərar verib. Bundan sonra M.İbrahim məhkəmənin iclas zalından azadlığa buraxılıb.
Qeyd edək ki, M.İbrahim AXCP-dən ayrılmış Mikayıl Quliyevin şikayət ərizəsi əsasında başlanmış cinayət işi üzrə 2015-ci il sentyabrın 30-da həbs olunub. Nərimanov Rayon Məhkəməsinin hökmü ilə M.İbrahim üç il müddətinə azadlıqdan məhrum edilib.
M.İbrahim həbsdə olan vaxt onun barəsində CM-nin 317-2.1-ci (cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi) maddəsi ilə ittiham irəli sürülüb.
Yasamal Rayon Məhkəməsinin qərarına əsasən, M.İbrahimin barəsində iki ay müddətinə həbs-qətimkan tədbiri seçilib. 16 saylı Cəzaçəkmə Müəssisəsində cəzasını çəkən M.İbrahim Bakı İstintaq Təcridxanasına köçürülüb. Suraxanı Rayon Məhkəməsinin hökmü ilə o, 5 ay 20 gün müddətinə azadlıqdan məhrum edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Könüllülər ili” elan edildi
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Azərbaycana gələcək
Azərbaycanda sərxoş halda zorlamaların sayı açıqlandı
Bakıda kütləvi dava - ölən və yaralananlar var
Bakıda hakimin 1700 manatlıq velosipedi oğurlandı
Azərbaycanda sığorta ilə bağlı yenilik