Bakı Beynəlxalq Avtovağzalından rayonlara çıxan avtobuslara sərnişinlər qeyri-qanuni şəkildə yerləşdirilib.

Bizim.Media xəbər verir ki, biabırçı vəziyyətlə bağlı görüntülər bu günlərdə Bakı Beynəlxalq Avtovağzalından çıxan rayon avtobuslarından birində qeydə alınıb. Çəkilən şəkillərdə avtobusda daha çox sərnişinin getməsi üçün nəqliyyat vasitəsinə əlavə oturacaqlar yerləşdirildiyi görülür.

Demokrat.az-ın məlumatına görə, sərnişinlər iddia edirlər ki, bileti avtobus sürücüləri, avtovağzal nəzarətçiləri, maklerlər satır.

Məhz bu səbəbdən də kassaya yaxınlaşarkən 3-4 yer qaldığını və növbəti reysə heç yerin olmadığı bildirilir. Ancaq sürücülər isə “nə qədər desən yer var” deyirlər.

Sözügedən görüntüləri təqdim edirik: