Avtomobillərə pərdə və plyonka qadağası ləğv edilə bilər - VİDEO

Avtomobillərin arxa yan şüşəsinə pərdə və plyonkanın ilin müəyyən aylarında vurulması qadağası ləğv edilə bilər.
Minval.İnfo Xəzər TV-yə istinadən xəbər verir ki, millət vəkili Çingiz Qənizadə avtomobillərin arxa yan şüşələrinə ilin bütün aylarında pərdə vurulmasına icazə verilməsini təklif edib.
Deputat deyir ki, keçmiş Standarlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin qəbul etdiyi məlum qərar ləğv edilməldir. Çünki bu qərarın heç bir əhəmiyyəti qalmayıb. Azərbaycanın qəbul etdiyi Avropa İqtisadi Komissiyasının 43 saylı qaydasında qeyd olunub ki, sürücünün kürəyindən arxada qalan şüşələrin şəffaflığı sürücünün öz öhdəliyinə buraxılır.
Qeyd edək ki, mayın 1-dən noyabrın 15-nə kimi tətbiqinə icazə verilən jalüzlər də şüşəni tündləşdirir. Hətta gecə saatlarında həmin şüşədən bayıra baxanda görünüşü məhdudlaşdırır. Əgər bu yol hərəkəti təhlükəsizliyinə zidd olsaydı və ya qəza riskini artırsaydı yayda daha çox qəza ola bilərdi.
Millət vəkili deyir ki, digər qonşu ölkələrdə də sürücünün arxasında qalan şüşələrin şəffaflığı sürücünün öz öhdəliyinə buraxılıb. Əgər qeyd olunan şüşələrin tündləşdirilməsi yol hərəkəti təhlükəsizliyi səviyyəsini aşağı salsaydı öncə Konvensiyaya qoşulan ölkələr bunu qadağan edərdi.
Qeyd edək ki, Avropanın bir çox ölkəsində belə bir qadağa yoxdur. Çingiz Qənizadə məsələni parlamentdə gündəmə gətirəcəyini deyir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Uşaqların yaddaşı və məntiqi düşüncəsi zəifləyə bilər
Sosial şəbəkələrdə yayılan bu sənəd saxtadır
Pensiya kapitalında dəyişikliklərə dair rəsmi açıqlama
Hamilə müəllimə ilə müqavilə bağlanmamasının səbəbi açıqlandı
Qadınlara hamiləlik və doğum müavinətində mühüm yeniliklər
Şəhid ailələrinə 20 min manat müavinət veriləcək
Sosial şəbəkələrdəki ölümcül trend: bu qarışıq təhlükə saçır