Avtomobil almaq istəyənlərə şad xəbər: Qiymətlər ucuzlaşıb
Yanvar ayında Bakıda maşın bazarında qiymətlərin aşağı düşməsi müşahidə olunub.
Minval.İnfo xəbər verir ki, bu barədə “Trend”ə Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı məlumat verib.
R. Osmanlı bildirib ki, 2017-ci ilin dekabr ayında avtomobil bazarında daha çox qiymət artımı müşahidə olunmuşdu. Amma ötən ilin dekabrı ilə müqayisədə 2018-ci ilin yanvar ayında qiymətlər təqribən 6.5 faiz azaldı. Ümumilikdə isə son dövrlərdə avtomobil bazarında qiymətlərin artması müşahidə olunmaqdadır:
“Onun da səbəbləri bazarda baş verən proseslərlə əlaqədardır. Yəni aksiz vergisinin artırılması, idxalın müəyyən mənada azalması buna təsir edir”.
R. Osmanlının sözlərinə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə avtomobil bazarında qiymətlərdə təqribən 20 faizdən artıq bahalaşma müşahidə olunub. Ekspert bildirib ki, bahalaşma qiyməti 40 min manata qədər olan avtomobillərdə daha çox özünü göstərib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Cəriməni yerində ödəməyən şəxsi polis bölməsinə aparmaq qanunidir? - VİDEO
Nazir sabiq müavininə yeni vəzifə verdi
Bu gün 93 nəfər yoluxdu, 202 nəfər sağaldı
“Qaçqınkom”un yeni sədri köçkün yataqxanasında — FOTOLAR
Akif Çovdarovun yeni məhkəməsi başlayır - Təfərrüat
Milli Məclisin avtomobili satılır - 5 500 AZN
Bu gün Aşuradır