Avstraliya Qod Nisanov və daha 15 məşhur rusiyalıya sanksiya TƏTBİQ ETDİ
Avstraliya Rusiyanın Ukraynaya müdaxiləsinə cavab olaraq 16 rusiyalıya sanksiya tətbiq edib.
“Minval.info” xəbər verir ki, bu barədə Avstraliya Xarici İşlər Nazirliyinin saytında məlumat verilib.
Siyahıda tanınmış iş adamları və məmurlar yer alıb.
Ümumiyyətlə, sanksiyalar siyahısına aşağıdakılar daxildir:
• Kənd Təsərrüfatı Naziri Dmitri Patruşev,
• Nəqliyyat naziri Vitali Savelyev,
• Tikinti, Mənzil və Kommunal Təsərrüfat naziri İrek Fayzullin,
• Uşaq Hüquqları üzrə Müvəkkil Mariya Lvova-Belova,
• “Qazfond”un prezidenti Yuri Şamalov,
• Soqaz-ın Direktorlar Şurasının üzvü Mixail Klişin,
• “Rosgeologiya” ASC-nin İdarə Heyətinin sədri Sergey Qorkov,
• “Kiyev meydanı” şirkətinin həmtəsisçisi Qod Nisanov,
• “Sistema” investisiya şirkətinin keçmiş prezidenti Yevgeni Novitski,
• ESN şirkətlər qrupunun sahibi Qriqori Berezkin,
• “Merkuri” şirkətlər qrupunun prezidenti İqor Kesayev,
• İş adamları Aleksandr Plexov və İqor Putin,
• Soqaz İdarə Heyətinin sədr müavini Mixail Putin,
• MRT şirkətlər qrupunun Direktorlar Şurasının sədri Roman Putin,
• Gimnast və “Milli Media Qrupu”nun idarə heyətinin sədri Alina Kabayeva.
Məhdudiyyətlərə aktivlərin dondurulması daxildir və bu şəxslərin ölkəyə girişi də qadağan edilib.
Bundan əvvəl Avstraliya Rusiya prezidenti Vladimir Putin, xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Sergey Şoyqu, baş nazir Mixail Mişustin və başqalarının ölkəyə girişini qadağan edib.
“Minval.info”
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Araqçi hücum anını danışdı: "Hər şey üzərimizə çökdü"
Maduronun tərəfdarları Nyu-Yorkda məhkəmə önündə aksiya keçirdi
ABŞ İranın Larak adasına raket zərbəsi endirib
Fransada 15 yaşdan kiçiklərə sosial şəbəkələr qadağan edildi
Rusiyaya qarşı rus - Sırski kimdir...
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Umerov Ukraynaya qayıtmaqdan İMTİNA ETDİ