24.08.2026 - 08:01
Hadisə 38 baxış

Avropada meşə yanğınları köhnə mərmiləri partladır

Avropada davam edən anomal istilər və quraqlıq, meşə yanğınları ilə yanaşı, müharibə dövründən qalan partlamamış sursatları da təhlükəli vəziyyətə gətirib. Almaniya, Belçika, Niderland və Fransada meşə yanğınları zamanı torpaqda qalmış köhnə mərmi və digər döyüş sursatlarının partlaması halları qeydə alınıb.

Minval.info xəbər verir ki, xüsusilə Almaniyanın şərqində vəziyyət narahatlıq doğurur. Yanğınsöndürənlər, İkinci Dünya müharibəsindən qalan partlamamış mərmilərin olması səbəbindən işlərini dəfələrlə dayandırmalı olublar. Yüksək temperatur bəzi sursatların öz-özünə partlamasına və yeni yanğınların yaranmasına səbəb olur.

Bu yay Meklenburq-Ön Pomeraniya federal torpağında yerləşən Müritz Milli Parkında 380 hektardan çox ərazi yanıb. Yanğınla mübarizəyə Bundesver də cəlb edilib, yaxınlıqdakı yaşayış məntəqələrinin sakinləri təxliyə olunub. Ərazidə müharibə dövründən qalan sursatların olması onun keçmişdə hərbi poliqon kimi istifadə edilməsi ilə əlaqələndirilir. Sovet ordusu 1945-1993-cü illərdə qoruğun bir hissəsindən hərbi məqsədlərlə istifadə edib.

Brandenburqda isə təhlükə daha yüksək qiymətləndirilir. 1945-ci ildə burada Qırmızı Ordu ilə Vermaxt arasında şiddətli döyüşlər baş verib. Hazırda bölgədə meşə yanğınları zamanı həmin dövrdən qalan mərmilərin mütəmadi olaraq partladığı bildirilir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: