Avropa İttifaqı Qarabağ danışıqlarının konkret nəticələrini gözləyir

Avropa İttifaqı (Aİ) Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə danışıqların konkret nəticələrini səbirsizliklə gözləyir.
Bu fikirlər Avropa Xarici Siyasət Xidmətinin rəsmi nümayəndəsinin bəyanatında ifadə olunub: “Son zamanlar liderlər arasında keçirilən görüşlər, həmçinin ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin apardıqları danışıqlar Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizama salınması istiqamətində atılmış müsbət addımlardır”.
Bəyanatda qeyd olunub ki, Aİ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Zöhrab Mnatsakanyan arasında ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə yanvarın 16-da Parisdə keçirilmiş görüşdə hər iki tərəfin əhalisinin sülhə, təhlükəsizliyə və dayanıqlı regional inkişafa hazırlanması yollarının müzakirəsindən və danışıqlar prosesinin daha da fəal aparılmasından konkret nəticələr gözləyir.
Aİ-nin bəyanatının sonunda vurğulanıb: “Bundan başqa, Avropa İttifaqı ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçilik səylərini və təkliflərini dəstəkləyir, Dağlıq Qarabağ münaqişəsinə son qoymağa və bütün Cənubi Qafqaz regionunun rifahı naminə dayanıqlı sülhə nail olmağa çağırır. Cənubi Qafqaz regionunda olan potensialı reallaşdırmağa kömək edəcək möhkəm sülhün bərqərar olması hamının mənafeyinə uyğundur”.(AzərTAc)
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
U-21 millisinin heyətində sürpriz ad: Axundzadə!
Azərbaycanlı dizayner Çində qızıl medal qazandı
AZAL Mərkəzi Asiya və MDB-nin ən yaxşısı seçildi
Professor Nadir Məmmədli: Türkoloji elmin öncüsü
Dağlıq rayonlarda leysan və dolu təhlükəsi!
Azərbaycan XİN-dən Kitts və Nevisə təbrik mesajı
Bakıda 5 avtobusun marşrutu dəyişdirildi!