Avropa İttifaqı - NATO əməkdaşlığına dair yeni bəyannamə hazırlanır
“Avropa İttifaqı təbliğat və hibrid təhdidləri sferasında vəziyyətlə bağlı təhlil mərkəzi yaratmalıdır”.
Minval.info xəbər verir ki, belə bir təkliflə Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen çıxış edib.
“Biz əminik ki, düzgün qərarlar qəbul etmək, vaxtında və fəal şəkildə hərəkət etmək üçün bütün Avropa ittifaqı daxilində düzgün məlumat, analitik imkanlara sahib olmalıyıq. Buna görə də Aİ-dəki vəziyyətin təhlili üçün qurumun birgə fəaliyyət göstərəcək mərkəzinə ehtiyacı var.
Hibrid təhdidlər daha da kəskinləşdikcə Avropa NATO ilə əməkdaşlığını növbəti səviyyəyə çıxarmalıdır. Buna görə də biz (NATO-nun baş katibi Yens Stoltenberqlə – Red) Avropa İttifaqı-NATO əməkdaşlığına dair yeni bəyannamə üzərində işləyirik”, – deyə Avropa Komissiyasının rəhbəri vurğulayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kreml: 300 min nəfər səfərbər edilməyəcək
Venesuela qızılını Londondan Nyu-Yorka köçürür!
Kral Çarlz texnologiya nəhəngləri ilə gizli görüşdü
Paşinyan rus bazasını çıxarmaq istəyir: İrəvanda gərginlik
Paşinyanın maaşı 80% artdı!
Fermerlərə dəstək: Bürokratiya əngəllərinə son!
Ermənistanda TRİPP layihəsi geniş müzakirə edildi