03.09.2026 - 23:08
Ölkə 14 baxış

Avqustda 27 gün normadan yüksək temperatur qeydə alındı

2026-cı ilin avqust ayında ölkə ərazisində hava şəraiti ilə bağlı məlumatlar açıqlanıb. Bakı və Abşeron yarımadasında temperaturun 27 gün ərzində iqlim norması ilə müqayisədə 0-5 dərəcə yuxarı olduğu müşahidə edilib. Yalnız 4 gün ərzində temperatur normadan 0-3 dərəcə aşağı olub.

Minval.info xəbər verir ki, avqust ayında orta aylıq temperatur 28 dərəcə isti olub ki, bu da iqlim normasından 2 dərəcə yuxarıdır. Bakı və Abşeron yarımadasında avqustun 9-da maksimal temperatur 39 dərəcə (Maştağa), bölgələrdə isə avqustun 9-u və 10-da 40 dərəcə (Kürdəmir) qeydə alınıb. Havanın minimal temperaturu isə Bakı və Abşeron yarımadasında avqustun 31-də 19 dərəcə (Sumqayıt), yüksək dağlıq ərazilərdə isə avqustun 30-da 6 dərəcə (Şahdağ) olub.

Avqust ayında bəzi günlərdə hava şəraiti fasilələrlə yağıntılı keçib, şimşək çaxıb və dolu düşüb. Ən çox yağıntı Quba-Qusar zonasında (Şahdağ – 250 mm) və Bakı ilə Abşeron yarımadasında (Bakı – 19 mm, Çilov adası – 26 mm) qeydə alınıb. Küləkli hava şəraiti ilə əlaqədar 10 sarı və narıncı xəbərdarlıq verilib. Bakı və Abşeron yarımadasında 12 gün, bölgələrdə isə 28 gün küləkli hava müşahidə olunub. Küləyin maksimal sürəti Bakı və Abşeron yarımadasında 23 m/s, bölgələrdə isə 24 m/s-ə çatıb.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: