Avqust ayının son gününə olan hava proqnozu açıqlanıb

Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu təşkil edəcək.Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu təşkil edəcək.
Azərbaycanda avqustun 31-də gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Minval.info-ya verdiyi məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 23-26, gündüz 32-36, Bakıda gecə 24-26, gündüz 34-36 dərəcə olacaq.
Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70%, gündüz 40-45% olacaq.
Abşeron çimərliklərində gözlənilən hava şəraitinə gəlincə, şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Dəniz suyunun temperaturu – Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 26-27 dərəcə, Türkan, Hövsan, Sahil, Şıxda 27-28 dərəcə olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə avqustun 31-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz saatlarında bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25, gündüz 34-39, dağlarda gecə 14-19, gündüz 24-29 dərəcə olacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabahın hava proqnozu
“Prezident məni şəxsən çağırıb tapşırdı ki...”
Ata Abdullayev cəzaçəkmə müəssisəsinə köçürüldü
Bakıda 16 yaşlı bu qız itkin düşdü - Ailəsi onu axtarır (FOTOLAR)
Vasif Talıbov təhsil nazirini işdən çıxardı
Bizim üçün bu, prioritet məsələdir - Prezident İlham Əliyev
Sabahın hava proqnozu açıqlanıb