ATV-nin aparıcısı EFİRDƏN GETDİ - SƏBƏB
ATV telekanalının aparıcısı, tanınmış jurnalist Ceyhun Səfərov efirdən gedib.
Minval.info Redaktor.az-a istinadən bildirir ki, ötən gün kanalın Xəbərlər Departamentinin işçiləri ilə keçirilən yığıncaqda Ceyhun Səfərova “Azad Azərbaycan” MTRK-nın rəhbərliyinin təşəkkürnaməsi verilib. Telekanalın rəhbəri Azər Xəlilov Ceyhun Səfərovun mühüm dövlət qurumlarından birində xidmətə başlayacağını bildirib.
Ceyhun Səfərov ATV-də qazandığı bilik və bacarıqlarının bundan sonrakı işində də rol oynayacağına əminliyini vurğulayıb. O, özünü daim ATV-nin aparıcısı kimi hiss edəcəyini, harada çalışmağından aslı olmayaraq onların hörmət və ehtiramını hər zaman doğruldacağını bildirib.
Yığıncaqda aparıcının ATV ilə əlaqələrinin bundan sonra da davam edəcəyi rəhbərlik tərəfindən vurğulanıb.
Qeyd edək ki, 2003-cü ildən telekanalda çalışan Ceyhun Səfərov jurnalist karyerasına Gəncə bürosunda müxbir kimi başlayıb, sonra redaktor assistenti, redaktor və aparıcı vəzifələrində çalışıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Media və Yayım Şurasının yeni üzvləri açıqlandı
Modern.az 17 ildir oxucularla birlikdə!
İTV 21 yaşını qeyd edir
Jurnalistlər haqqında yanlış xəbərlər etiraz doğurdu
Mais Ağayev bu tv-yə rəhbər təyin olundu
Space TV-də yeni yüksək vəzifə təyinatı